İtaliyanın Verona şəhərinə yağan güclü leysan yağışları daşqınlara səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbr verir ki, leysanın bir çox kənd təsərrüfatı sahələrinə və üzüm bağlarına zərər verdiyini açıqlanıb. Eyni zamanda, yüzlərlə ağacın fırtına ilə aşdığı və çox sayda nəqliyyat vasitəsinin leysan yağışla meydana gələn selin altında qaldığı bildirilib.
Verona şəhərinin meri Federiko Sboarina, şəhərdəki maddi ziyanla əlaqədar açıqlama verərək böyük itkilər olduğunu ifadə edib.