Hindistanın şimalında yerləşən Uttar-Pradeş və Racastxan əyalətlərinə ildırım düşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ildırım vurması nəticəsində 49 nəfər dünyasınə dəyişib.
Məlumata görə, Uttar-Pradeşdə 30 nəfər, Racastxanda isə 19 nəfər ölüb.
Hindistanın Baş naziri Narendra Modi "Twitter" səhifəsində bildirib ki, ildım vurması nəticəsində xəsarət alanlara maddi yardım ediləcək.