İngiltərə millisinin üç futbolçusu İtaliyaya qarşı AVRO-2020-nin final oyunundan sonra xoşagəlməz hadisə ilə üzləşib.
Unikal.org xəbər verir ki, penaltilər zamanı qeyri-dəqiq oynayan Markus Reşford, Ceydon Sanço və Bukayo Saka sosial şəbəkələrdə irqçi hücumlara məruz qalıb.
Belə ki, onlar adıçəkilən futbolçulara "ölkəmdən get", "Nigeriyaya geri dön" və s. kimi ifadələr işlədiblər.
İngiltərə Futbol Assosiasiyası məsələ ilə bağlı lazımi tədbirlərin görüləcəyini və həmin şəxslərin ən sərt formada cəzalandırılacaqlarını açıqlayıb.
Baş nazir Boris Conson isə bildirib ki, milli komanda təhqirə yox, tərifə layiqdir:
"Bunu edənlər özlərindən utanmalıdır".
Qeyd edək ki, "Avro-2020"-nin finalında İngiltərə millisini penaltilər seriyasında 3:2 hesabı ilə (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) məğlub edən İtaliya 2-ci dəfə Avropa çempionu olub.
Ağarza Elçinoğlu