İsrailin Ali Məhkəməsi homoseksualların və subay kişilərin "analıq haqqı"ndan faydalana biləcəyinə dair qərar qəbul edib.
Unikal.org xəbər verir ki, qərara əsasən hökumət geylər və subay kişilər üçün surroqatlıq hüququ ilə bağlı məhdudiyyətləri altı ay ərzində ləğv edəcək.
Qanunda edilən dəyişiklik insan haqları müdafiəçiləri tərəfindən müsbət qarşılansa da, mühafizəkarlar qərarı "ailə dəyərlərinə xələl gətirəcək" səbəbilə tənqid edirlər.