Koronavirus əleyhinə yeni peyvənd üzərində işləyən tədqiqatçılar ABŞ-da heyvanlar üzərində aparılan testlərin nəticələrini açıqlayıblar.
Unikal.org xəbər verir ki, "sprey peyvənd" adlanan vaksin insanları koronavirusdan yüz faizlik bir göstərici ilə qoruya bilir.
Tədqiqatçılar bildirib ki, ilk dəfə heyvanlar üzərində test edilən peyvəndi qəbul edən şəxslər nə yoluxacaq, nə də kimisə yoluxduracaqlar.
Qeyd edilir ki, sözügedən vaksin sprey şəklindədir və burundan qəbul olunur. Onun bir dozası belə insanı COVID-19 pandemiyasından və onun bəzi ştammlarından qoruya bilir.
Ağarza Elçinoğlu