Əfqanıstan təhlükəsizlik qüvvələri “Taliban” hərəkatının kəşfiyyat xidmətinin rəhbəri Kari Şaqasini məhv edib.
Unikal.org xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmi saytın məlumat yayıb.
Əməliyyat dünən gecə Loqar vilayətinin Məhəmməd Aqahi rayonunda həyata keçirilib. Eyni zamanda, Şaqasinin iki yaxın adamı tutulub.
İyul ayının əvvəlindən “Taliban” Qərb koalisiya qoşunlarının geri çəkilməsi fonunda Əfqanıstanın beş ölkə - İran, Tacikistan, Türkmənistan, Çin və Pakistanı ilə sərhədlərindəki bölgələrini nəzarətə götürdüyünü bəyan edib. Əfqanıstan Silahlı Qüvvələrinin yeni komandanı, general Vali Məhəmməd Əhmədzayinin sözlərinə görə, ordu üçün prioritet ölkənin əsas şəhərlərini, sərhəd keçidlərini və magistral yollarını "Taliban"dan qorumaqdır. Onun sözlərinə görə, "Taliban" liderləri əvvəlcə mal tədarükünün həyata keçirildiyi əsas yolları ələ alıb, sonra şəhərlərə və bölgələrə hücum təşkil etmək niyyətindədirlər.