Fransa tibb və bir sıra digər işçilərin məcburi peyvəndlənməsini tətbiq edir.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Emmanuel Makron bildirib.
"Tibbi işçilər və bir sıra digər peşələrin nümayəndələri üçün məcburi koronavirus peyvəndi tətbiq edirik. Bu təlimatın 15 sentyabr tarixindən etibarən həyata keçirilməsini yoxlamaq üçün nəzarət və inzibati cəzalar tətbiq ediləcək", - məlumatda deyilir.
Ölkə rəhbəri bu tədbiri Fransada epidemioloji vəziyyətin pisləşməsi ilə izah edib.