İraqın cənubunda yerləşən Di-kar əyalətinin Nəsiriyyə şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb.
İraqın Baş naziri Mustafa əl-Kazımi ölkədə matəm elan edib.
Bildirilib ki, İraqda koroavirusa yoluxanlar üçün xəstəxana ilk dəfə deyil yanır. Bu il aprelin 24-də Bağdadda İbn əl-Xətib adına hospitalda baş vermiş oxşar hadisə nəticəsində 82 nəfər ölmüş, 110 nəfər yaralanmışdı.
***
Xəbər verdiyimiz kimi, İraqın Nəsiriyyə şəhərində koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yanğın “İmam Hüseyn” adına xəstəxanada baş verib. Xəstələri oksigenlə təchiz edən balonun partlaması nəticəsində yanğın başlayıb.
Qeyd olunub ki, Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində baş verən yanğın zamanı ölənlərin sayı 54-ə çatıb. Azı 70 pasiyent xilas edilib.
Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubunu təqdim edib.
00:53
İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 30 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Yanğın zamanı daha 20 nəfər xilas edilib.
İlkin məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş vermiş yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insanın xəstəxanada köməksiz vəziyyətdə qaldığı bildirilir.
Bu, İraqda koronavirus xəstələri üçün nəzərdə tutulmuş tibb müəssisəsində baş vermiş ilk belə hadisə deyil. Bundan əvvəl aprelin 24-də Bağdaddakı İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində 82 nəfər ölmüş, azı 110 nəfər xəsarət almışdı.