İspaniyanın “El Confidencial” nəşri “Real”ın prezidenti Florentino Peresin səs yazısını yayımlayıb.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ələ keçirilən səsyazmada “kral klubu"nun rəhbəri komandanın əfsanəvi oyunçuları – qapıçı İker Kasilyas və qalmaqalla ayrılan hücumçu Raul Qonzalesi sərt tənqid edib.

Peres sözügedən oyunçularla bağlı bu fikirləri səsləndirib: 

“Kasilyas “Real”lıq qapıçı deyil, heç vaxt da olmayıb. Məndən daha nə istəyirsiz? Bu, bizim üçün böyük geriləmə oldu. Sadəcə, onu tərifləyənlər və müdafiə edənlər var. O, ən böyük fırıldaqçılardan biridir, ikincisi isə Rauldur. “Real” tarixinin ən böyük iki fırıldaqçısı Raul və Kasilyasdır”.

Ağarza Elçinoğlu