İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 166 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 86 207 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 22 750 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 417 029 nəfərə çatıb.