Ferma Bankı (Çiftlik Bankı) ilə əlaqədar aparılan istintaqla bağlı həbs olunan "Tosuncuk" ləqəbli Mehmet Aydın, bu gün ilk dəfə hakim qarşısına çıxıb.
Unikal.org xəbər verir ki, o, 75 260 ilə qədər həbs cəzası ilə ittiham olunur.
Məhkəmə tərəfindən ikinci dəfə həbs olunan Aydının açıqlaması üzə çıxıb. O, aldatdığı şəxslərə təzminat ödəyib-ödəməyəcəyi ilə bağlı verilən sualı cavablandırıb:
"Onlara təzminat verməyə pulum yoxdur. Amma Kipr və Türkiyədəki müsadirə edilmiş mülkümlə zərər çəkənlərə kompensasiya verəcəm".
Aydının vəkili Fatih Kuş isə bütün aldadılanların pullarının 3 ay ərzində geri qaytarılacağını bildirib. O, günahkarın məhkəməsinin 14 sentyabra qədər təxirə salınmasını tələb edib:
"Zərərçəkənlərlə bağlanılan müqavilədə, onun xalqın verdiyi pulu 3 ay ərzində geri qaytarmaq öhdəliyi var. O, 200 nəfərin şikayətlərini həll edib, lakin əmlaklarına əl qoyulduğu üçün digər zərərçəkənlərə təzminat verə bilməyib".