AVRO-2020-nin finalında oynayan İtaliya-İngiltərə matçından sonra, təmizlik işçiləri 19 saat ərzində Londonun mərkəzi küçələrindən 29 ton tullantı təmizləyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, onlar küçələri normal vəziyyətə gətirmək üçün 215 nəfər personal ilə gecəni də işləməyə məcbur olublar.
Final zamanı ekstremist tərəfdarları nəzarət altına almağa çalışarkən 19 polis zədələnib. İngiltərənin məğlubiyyətindən sonra isə, yəni bazar ertəsi günü 49 nəfər həbs olunub.
Bir çox ingiltərəli isə irqçi davranışları ilə diqqət çəkib. Onlar komandanın məğlub olmasına səbəb kimi qaradərili futbolçuları göstəriblər.