Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Delta” ştammı barədə açıqlama yayıb.
Unikal.org xəbər verir ki, təşkilatdan peyvəndlərin sözügedən ştamma qarşı nə dərəcədə təsirli olmasına aydınlıq gətirilib.
Peyvənd olunanların da yoluxduğu, amma bu şəxslərin xəstəliyi yüngül keçirdikləri vurğulanıb.
Qeyd edilib ki, peyvənd olunanlar xəstəliyi simptomsuz keçirir və xəstəxanaya yerləşdirilmə faizləri olduqca aşağıdır.
Britaniyalı professor Tim Spektor “Delta” variantının əsas simptomlarını açıqlayıb: baş ağrısı, burun axması, asqırma və boğaz ağrısı.
Qeyd edək ki, koronavirun əvvəlki simptomları öskürək, tempratur, dadbilmə və qoxu hissinin itirilməsi hesab olunurdu.