Koronavirusun Hindistanda yayılmağa başlayan Delta ştammına artıq Azərbaycanda da rast gəlinib.
Unikal.org xəbər verir ki, elm adamları daha ölümcül və təhlükəli variant olan Delta ilə bağlı araşdırma aparıb. Nəticələrə əsasən, sözügedən ştamm hər yaş qrupuna yoluxa bilir. Lakin onun öldürmə nisbəti qismən fərqlidir.
İngiltərənin Səhiyyə Nazirliyi "Delta"ya yoluxmuş 100 min nəfər arasında apardığı nəticəyə görə statistika açıqlayıb.
Belə ki, Delta ştammına 50 yaş və aşağı olan insanlar daha az yoluxur və onun öldürmə qabiliyyəti zəif olur. 50 yaş və yuxarı şəxslər isə məlum varianta daha çox yoluxur və ölüm riski daha çox olur.
Ağarza Elçinoğlu