Misirin Süveyş şəhərində 3 nəfər gənc mərkəzi hissədə aslanla gəzərkən görüntülənib.
Unikal.org xəbər verir ki, 5 aylıq aslan körpə daşıyan şəxslərin görüntüləri sosial mediada gündəmə gəlib. Görüntülərin yayılmasından sonra hərəkətə keçən Misir polisi görüntüdəki insanların kimliyini təyin etmək üçün istintaq işləri başladıb.
Araşdırmadan sonra həmin şəxslər həbs olunub. Məlum olub ki, gənclər turistik ərazidə pul qazanmaq üçün aslanla birlikdə gəzintiyə çıxıblar.