Rusiyanın Volqoqrad vilayətində baş vermiş qatar qəzasında yaralananların sayı artıb.

"Unikal" xəbər verir ki, qəza nəticəsində 140 nəfərin xəsarət aldığı, 16 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

***15:18

Rusiyanın Volqoqrad vilayətində içərisində 800-dən çox sərnişinin olduğu qatar qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində çoxlu sayda sərnişin xəsarət alıb.

Zərifə Nağıyeva