İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqlar başa çatıb.
"Unikal" İran KİV-ə istinadla bildirir ki, məsləhətləşmələr uğurlu olub.
Məlumata görə, İran və ABŞ gələn həftə danışıqların yeni mərhələsini keçirmək niyyətindədir.
***15:43
İran və ABŞ arasında danışıqların ilk raundu başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi məlumat yayıb.
Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar başlayıb.