Gəncədə minik maşını işıq dirəyinə çırpılıb, qadın sürücü və yeniyetmə xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü 1980-ci il təvəllüdlü G.Huseynova və 2009-cu il təvəllüdlü Nərgiz Huseynli xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəza zamanı işıq və yol təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov