Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Marsel şəhərində baş verib.

Həmin şəxs qarşısına çıxan insanlara bıçaqla zərbə endirib. Bir neçə nəfər bıçaq yarası alıb, 2 nəfər isə bıçaq yarasından ölüb. Polis atəş açaraq cinayətkarı öldürüb.

Fransa daxili işlər naziri hadisə ilə əlaqədar Marselə yollanıb.