Yaponiyanın Səhiyyə Nazirliyi yeni koronavirus növlərinin (Kovid-19) müalicəsində istifadə üçün "casirivimab" və "indevimab" adlı aktiv maddələrin birləşməsindən ibarət olan "Anti-Kor" adlı maddənin istifadəsini təsdiq edəcək.
Unikal.org xəbər verir ki, sözügedən vaksin gələn həftə təcili istifadə üçün təsdiqlənəcək.
Xarici ölkələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, "Anti-Kor" koronavirusa qarşı 70% effektivdir.
"Regeneron Pharmaceuticals" tərəfindən istehsal olunan maddə, ABŞ-da 2020-ci ilin noyabrından istifadə təsdiqi alıb. Həmçinin o, ötən il koronavirusa yoluxan Donald Trampın müalicəsində istifadə olunub və onun sağalmasında əsas rol oynayıb.
Ağarza Elçinoğlu