Fransada xalq prezident Emmanuel Makrona qarşı etiraz yürüşü təşkil edib. 

Unikal.org xəbər verir ki, nümayiş paytaxt Parisdə "Rədd olsun diktator" şüarları ilə keçirilib.

Bildirilir ki, E.Macrona qarşı günbəgün artan etirazlar insanları küçələrə çıxmağa məcbur edib.

Polisin xalqa qarşı sərt müdaxiləsindən sonra nümayişlər intensiv olaraq artıb və qarşılıqlı qarşıdurmaya çevrilib.

Qeyd edək ki, dövlət qurumları etirazlarla bağlı ictimaiyyətə hər hansı bir məlumat verməyib.