Almaniyada güclü yağışla müşahidə olunan daşqın 6 binanın çökməsinə səbəb olub. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 30 nəfər itkin düşüb.

Ölkə mətbuatında yer alan xəbərlərə görə, güclü yağışdan sonra, dövlət Almaniyanın qərbində yaşayanlardan evdə qalmağı xahiş edib. Sel yolların bağlanmasına səbəb olub. 

Axtarış və xilasetmə işləri çərçivəsində ordudan kömək istənildiyi bildirilir.