Türkiyədə istehsal olan ilk "Bayraktar TB2" pilotsuz uçuş aparatı kompleksi Ukraynaya gətirilib.

Unikal.org-un məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Andrey Taran bildirib.

"Ukrayna hərbi donanması üçün ilk "Bayraktar TB2" pilotsuz uçuş aparatı kompleksi Ukraynaya təhvil verilib. Bazada kompleksin son qəbul testləri aparılır", - müdafiə naziri qeyd edib.