Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edəcək.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Mişelin rəhbərlik etdiyi nümayəndə heyəti 16-17 iyul tarixlərində Ermənistanda olacaq.

Bundan əvvəl, Mişel baş nazir vəzifəsini icra edən Nikol Paşinyana erkən parlament seçkilərindəki qələbəsi münasibətilə göndərdiyi məktubda Aİ-nin islahatların daha da dərinləşməsi prosesində Ermənistanı dəstəklədiyini qeyd edib.