Birzeit Universitetinin 30-a yaxın fələstinli tələbəsi Turmus Ayya kəndindən avtobusla qayıdarkən İsrail ordusu tərəfindən həbs edilib. 

Unikal.org xəbər verir ki, İsrail ordusu onları "Həmas İslam Qruplaşmasının terrorçuları" olmaqda günahlandırdığı üçün tutub. Hadisə İordan çayının qərb sahillərində baş verib. 

İsrail ordusunun bəyanatında deyilib ki, tutulanlardan bəziləri birbaşa terror fəaliyyətlərində iştirak edib. Birzeit Universitetinin rəhbərliyindən bildirilib ki, tələbələrin taleyi ilə bağlı narahatdırlar:  

"Universitet beynəlxalq ictimaiyyəti tələbələrin sərbəst buraxılması üçün dərhal müdaxilə etməyə çağırır".

Fələstinli mənbələr isə tələbələrin bir qisminin tezliklə sərbəst buraxılacağını, digərlərinin isə uzunmüddətli həbs ediləcəyini istisna etməyib. 

Ağarza Elçinoğlu