ABŞ Əfqanıstanda sülhün əldə edilməsi üçün siyasi danışıqları davam etdirəcək . Ölkənin gələcəyini dəstəkləmək məqsədilə beynəlxalq və regional çərçivəni gücləndirəcək.

Unikal.org xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Elizabet Şervud-Rendall bəyan edib.

O deyib ki, Vaşinqton Əfqanıstanın milli müdafiə qüvvələrinə təhlükəsizlik, inkişaf və humanitar yardım sahəsində kömək göstərməyə davam edəcək: "ABŞ-ın, Əfqanıstan da daxil olmaqla müttəfiqlərimizin və tərəfdaşlarımızın təhlükəsizliyini təhdid edən terror qruplarına qarşı fəaliyyətimizi davam etdirəcəyik".