Çinin mərkəzi Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 33-ə çatıb, 256 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə olunub.
Unikal.org RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, hələ də 3.004 milyon sakin fəlakət zonasında qalmaqdadır. Həmçinin 8 nəfərin itkin düşdüyü bildirilib.
Qeyd edək ki, Çində iyulun 16-da etibarən güclü yağan leysan yağışları çaylarda daşqınlara səbəb olub.