Liviyadan İtaliyaya yollanan gəmi Aralıq dənizinin Tunis sahillərində batıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər boğularaq ölüb.

Qeyd olunub ki, həlak olanların hamısı Banqladeş vətəndaşlarıdır.

Sahil mühafizəsi 380 miqrantın həyatını xilas etməyi bacarıb.

Bildirilib ki, gəmidə Suriya, Misir, Sudan, Eritreya, Mali və Banqladeş vətəndaşları olub.