Pakistanda 3 dəfə qadağan edilən "TikTok" tətbiqi, platformada "uyğunsuz məzmun" olması səbəbindən yenidən qadağan edilib.
Unikal.org xəbər verir ki, keçən ilin oktyabrından bu yana Pakistanda 3 dəfə qadağan edilən Çinə məxsus sosial media tətbiqi olan "TikTok" yenidən yasaqlanıb.
Pakistan Telekomunikasiya Agentliyinin "Twitter"-də verdiyi açıqlamaya əsasən, TikTok tətbiqetməsinə və platformanın veb saytına girişin bloklandığını elan edib.
Beləliklə, "TikTok" 9 oktyabr 2020-ci ildən bəri Pakistanda 4 dəfə qadağan edilib. Bununla da Pakistan, "TikTok"u Hindistandan sonra qadağan edən ikinci Asiya ölkəsi oldu.
Qeyd edək ki, sözügedən platforma ədəbsiz və ədəbsiz məzmun daşıdığana görə 28 iyul tarixində dayandırılacaq.