Türkiyədə qandonduran cinayət hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 40 yaşlı H.U adlı şəxs 20 yaşlı qızını boğaraq öldürüb. Daha sonra isə o yaşadıqları evi yandırıb. Hadisə zamanı evdə ata və qızından başqa heç kəs olmayıb. Hirsi soymayan ata biləklərini kəsərək, intihara cəhd edib.
Lakin onun həyatını xilas etmək mümkün olub. Belə ki, qonşuların xəbərdarlığı ilə əraziyə FHN qüvvələri və təcili tibbi yardım briqadası cəlb olunub. Xilasedicilər evdən ata və qızı çıxardıblar. Məlum olub ki, 20 yaşlı gənc həyatını itirib. Atası isə xəstəxanaya yerləşdirilib.
Ailənin digər üzvləri gənc qızın yanğından öldüyünü biliblər. Lakin ata özünə gəldikdən sonra polisə cinayət törətdiyini və evi yandırdığını bildirib. 40 yaşlı ata nəzarətə alınıb. O qızını hansı səbəbdən boğduğunu isə dilə gətirməyib.
Faktla bağlı araşdırma aparılır.