Hindistanın baş naziri Narendra Modi Rusiya lideri Vladimir Putinlə telefon dialoqu zamanı ikitərəfli tərəfdaşlıq və Ukrayna münaqişəsini müzakirə edib.

"Unikal" xəbər verir ki, Modi "X" sosial şəbəkəsində Rusiya prezidenti ilə dialoqdan yazıb.

"Biz xüsusi imtiyazlı strateji tərəfdaşlığın daha da gücləndirilməsi üçün tədbirləri müzakirə etdik", - Hindistanın baş naziri deyib.

Bildirilir ki, Modi Putinə Ukraynaya son səfərindən gəldiyi qənaət barəsində danışıb. 

***13:49

Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı olub.

"Unikal" TASS-a istinadla bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Gülayə Mecid